İyun 24, 2021 14:54 Asia/Baku
  • Sabir Məmmədli
    Sabir Məmmədli

Azərbaycanlı politoloq Azərbaycan Respublikası ilə Ermənistan arasında cərəyan edən sərhəd məsələsində Rusiyanın prosesi öz xeyrinə dəyişməsinə etiraz edir.

SəhərAzəri-nin məlumatına əsasən, Qarabağ Komitəsinin dönəm sədri, siyasi elmlər doktoru, professor Sabir Məmmədli Səhər Kanalının Xəbərlər Proqramı ilə eksklüziv müsahibədə deyib: “Rusiyanın elə məqsədi ondan ibarət idi ki, müxtəlif vasitələrlə Qərb ölkələrini Cənubi Qafqaza buraxmasın və bütün proseslər onun istəyinə uyğun getsin. Ona görə də Rusiya öz hərbçilərini Ermənistan tərəfindən sərhədə yerləşdirməklə bu məsələni öz xeyrinə həll etdi.

Sərhədlərlə əlaqədar müxtəlif xəritələrin olması fikrinin yanlış olduğunu deyən politoloq qeyd etdi ki, sərhədləri hətta 80-ci illərin təsərrüfat rəhbərləri də bilir. Bu məsələləri ortaya atmaqla Ermənistan və Rusiya rəhbərliyi Azərbaycan üçün sərhəddə qeyri-müəyyənlik yaratmağa çalışırlar. Ona görə də Azərbaycan tərəfi daha ardıcıl, obyektiv və inadkar mövqeyini qorumalıdır.

Qeyd edək ki, Rusiya hərbçilərinin Ermənistanla Azərbaycan Respublikası sərhədlərində yerləşdirilməsi Qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması kimi qəbul olunur. Həmçinin bildirilir ki, bundan sonra sərhədlərin delimitasiyası və demarkasiyası da çətinləşəcəkdir.

 

Teqlər