İyul 02, 2021 13:40 Asia/Baku
  •  Tarif şurası ləğv edilsin!

Azərbaycan Respublikası parlamentinin üzvü Tarif Şurasının ləğv edilməsini, səlahiyyətlərinin Parlamentə verilməsini təklif edib.

SəhərAzəri-nin məlumatına əsasən,Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib ki, “Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır, əsaslandırmalar da tutarlı deyil”.

Razi Nurullayev bildirib ki, hökumət dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrıldığın, onların isə səmərəli işləmədiyini açıq şəkildə deməlidir: “Dövlət müəssislərin götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəməli olacaq. Səmərə və effektivlik varmı? Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Məhz, ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur.

Deputat deyib: Xalq gözünü SOCAR-a dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı? Bəlkə var, mən bilmirəm. AZAL büdcə pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz isə basa-basa gedib Tiflisdən uçuruq”.

Deputat təklif edib ki, Tarif Şurası ləğv edilsin, səlahiyyətləri isə Parlamentə verilsin: “10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir”.-deyə deputat Razi Nurullayev bildirib.

Tarif şürasının fəaliyyəti niyə daima narazılıqlarla yanaşıdır? Onun səlahiyyətlərinin parlamentə verilməsi bu sahədə duran problemləri həll edə biləcəkmi? İqtisad üzrə fəlsəfə elmləri doktoru Namiq Murad SəhərAzəri Televiziya kanalına verdiyi müsahibədə bunun mümkün olduğunu ən azından Tarif Şurası tərəfindən qiymətlərin əsaslandırılmamış olduğu təqdirdə müdaxilə edə bilməsini deyib.

Dövlət müəssisələrinə kifayət qədər büdcə vəsaiti ayrılması ancaq onların səmərəli işləyə bilməməsi və xidmətlərinin qiymətini tez-tez artırmalı olmasına gəldikdə isə iqtisadiyyatçı alım hesab edir ki, bu ümümiyyətlə dövlət müəssisələrinin effektsizliyindən irəli gəlir və bunu həll etmək üçün özəlləşdirmə prossesi getməlidri.

 

 

 

 

Teqlər