İyul 05, 2021 10:49 Asia/Baku
  • Nyu Cersi
    Nyu Cersi

ABŞ-dakı qanunvericilər inadkarlıqlarından əl çəkmirlər. Bu dəfə Nyu Cersi Ştatı Azərbaycana qarşı qərəzli addım atıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nyu Cersi Ştatının qanunvericilik orqanı Qarabağın müstəqilliyini tanıyıb. Bu sayca ABŞ-ın 10-cu ştatı oldu ki, Qarabağın müstəqilliyini tanımış oldu.

Xatırladaq ki, bundan əvvəl Kaliforniya, Ceorcia, Havai, Luiziyana, Mayn, Massaçusets, Miçiqan, Minnesota və Rod Aylend ştatları da erməni separatçılarına dəstək vermiş və "DQR"-nin müstəqilliyini tanımışlar.

Bu isə o deməkdir ki, Amerika ştatlarında erməni təəssübkeşliyi hökm sürür. Və onlar hökumətin, eləcə də Konqresin separatçı rejimə total dəstəyini gördükdə Azərbaycan Respublikasına meydan oxuyur və Qarabağ ermənilərinin himayədarı olduqlarını gizlətmirlər.

2014-cü ilin yanvar ayında ABŞ-ın Kaliforniya Ştatının Los Anceles şəhəri Dağlıq Qarabağın müstəqilliyini tanıyarkən öz bəyanatında bildirmişdi ki, “Dağlıq Qarabağ bölgədə stabilliyin əsas qoruyucularından biridir və onun azadlıq uğrunda apardığı mübarizə digər xalqların müstəqilliklə bağlı başlatdıqları mübarizənin ilham mənbəyi olub”.

Qeyd edək ki, ştatlar Azərbaycana qarşı hansısa mövqe sərgiləyirlərsə, mütləq administrasiyanın Cənubi Qafqazla bağlı strategiyasını nəzərə alırlar.

Təsadüfi deyil ki, ştatların bir-bir Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə paralel olaraq mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı bir-neçə il əvvəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etdi.

ABŞ rəsmiləri adətən belə hallara görə cavabdeh olmaq istəmir və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər. Ancaq bu şablon ifadələr artıq heç kəsi qane etmir, Birləşmiş Ştatların səmimiliyinə inanan yoxdur.

 

Teqlər