“Müsəlman Birliyi”nin fəalı işgəncələrə məruz qalır
https://azeri.sahartv.ir/news/azərbaycan-i378886-müsəlman_birliyi_nin_fəalı_işgəncələrə_məruz_qalır
Azərbaycanda, lideri həbsdə olan hərəkat üzvünün tutularaq işgəncəyə məruz qaldığı bildirilir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 09, 2021 13:24 Asia/Baku

Azərbaycanda, lideri həbsdə olan hərəkat üzvünün tutularaq işgəncəyə məruz qaldığı bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı dünən saxlanılan “Müsəlman Birliyi” Hərəkatının üzvü Razi Hümbətovun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanıldığını və işgəncələrə məruz qaldığını bildirib.

Təşkilat ombudsman aparatını, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyini Hümbətovun taleyini nəzarəti altına götürməyə çağırıb.

Vəkil Cavad Cavadzadə Turan Xəbər Agentliyinə bildirib ki, polis orqanları nə ona, nə Hümbətovun ailə üzvlərinə fəalın saxlanıldığı yeri bildirmir.

Onun sözlərinə görə, Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin qanunsuz narkotik dövriyyəsi maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib.

Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Hüquq müdafiəçiləri onun şərləndiyini bildirirlər.