İyul 13, 2021 12:41 Asia/Baku
  • T.Zülfüqarov: “Rusiya, ABŞ və Fransa səfirləri təcrid olunmalıdır!

Azərbaycan Respublikasının sabiq xarici işlər naziri ABŞ, Rusiya və Fransanın səfirlərinin Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalarını tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, APA-ya açıqlamasında Tofiq Zülfüqarov bildirib ki, digər ölkələrin səfirləri kimi Şuşaya səfərə dəvət olunan ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə iştirak etməməsi nümayişkaranə mövqe sərgiləməkdir: “Bununla vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesaj verirlər. Onların bu elədikləri Madrid prinsiplərinin məntiqidir.

Sabiq baş diplomatın sözlərinə görə, Azərbaycan artıq birmənalı öz mövqeyini bildirməlidir. ATƏT-in Minsk Qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir.

Diplomat qeyd edib ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir və artıq bunun vaxtı gəlib çatıb.

 

Teqlər