İyul 13, 2021 12:56 Asia/Baku
  • Ərəstun Oruclu Qərbin aparıcı dövlətlərini çətin sualla qarşı-qarşıya qoydu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Qərbin aparıcı dövlətlərinin Azərbaycana qarşı qeyri-səmimi münasibətlərini faktla qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Feysbuk üzərindən verdiyi açıqlamada Ərəstun Oruclu bildirir: ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərilə yanaşı Almaniya və Böyük Britaniya sifirlərinin də Şuşaya səfərdən imtina etməsi dərin mətləblərdən və xoşagəlməz tendensiyalardan xəbər verir. Maraqlıdır ki, bu məsələdə 4 Qərb ölkəsinin mövqeyi Rusiyanın mövqeyilə tam üst-üstə düşüb.

ABŞ-da yaşayan ekspert hesab edir ki, əgər bu ölkələr Şuşanın bugünkü statusuna şübhə ilə yanaşırlarsa, o zaman onların Azərbaycanın ərazi bütövlüyünü tanımaları haqda yayğın bəyanatları "beynəlxalq hüquq" tələbləri naminə nümayiş etdirilən riyakarlıqdan başqa bir şey deyil. Əslində isə münaqişənin həlli üçün məlum beşlik prioritet kimi Qarabağın statusu deyilən bəndi görür.

Politoloq sonra yazır: Sadalanan beş ölkənin hər birinin səfirindən bir sualla konkret mövqe istənilməlidir: Azərbaycanın ərazi bötüvlüyünü tanıdığınızı dedikdə Qarabağda ermənilərin yaşadığı əraziləri də Azərbaycan ərazisi kimi nəzərdə tutursunuz ya yox?

 

Teqlər