İyul 13, 2021 16:54 Asia/Baku

Azərbaycan Respublikasının prezidenti bildirib ki, Ermənistan məğlub olub, Qarabağ adlı münaqişə isə artıq yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, bu fikirləri Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib.

Dövlət başçısı deyib ki, ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Və Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Onun sözlərinə görə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Azərbaycan rəhbərliyinin belə mövqedə olduğunu baxmayaraq, münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk Qrupunun həmsədrləri məsələnin həll olunmadığını və Qarabağ ermənilərinə əvvəl-axır status verilməsinin vacibliyini bildirirlər. 

 

Teqlər