İyul 14, 2021 11:01 Asia/Baku
  • Ermənistan uğrunda yorğan davası gedir!

Almaniyada yaşayan azərbaycanlı hüquqşünas ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfər etməməsinin səbəbini göstərdi.

SəhərAzəri-nin məlumatına əsasən, İlqar Altay feysbuk üzərindən yaydığı məqalədə bildirir: Azərbaycan hökumətinin dəvətilə Şuşaya səfər edən, 57 xarici ölkə səfiri arasında ABŞ, Rusiya, Fransa səfirləri olmayıb.

3 səfirin Şuşaya getməməsi yanlış şərh olundu ki, guya bu, ATƏT-in Minsk qrupunun canlanma prosesidir, Qarabağa status verilməsi məqsədli və Azərbaycana qarşı Qərb-Rusiya "demarşıdır". Ancaq bu, belə deyil. Qərblə Rusiya arasında Qafqaz uğrunda indiki qırğın-savaş anı heç bir mövqe, fikir birliyi ola bilməz. İkincisi, Minsk Qrupu ilahi zaman və şəraitin hökmü ilə sönüb. Üçüncüsü, 30 ilin mücadiləsi və nəticəsi, həyatın sübutu olmaqla Qarabağ status-filansız Azərbaycandır, heç kim də ərazisindən keçməz!

İlqar Altayın qənaətincə, Rusiya da, ABŞ, Qərb də hamısı gözəl bilirlər ki, "Dağlıq Qarabağa" status eşqi, birbaşa, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə açıq qəsddir, bu da ki, öz növbəsində bütün Qafqazın yenidən qırğın, münaqişə ocağına çevrilməsidir. 

ABŞ, Fransa və Rusiya kimi ölkə səfirlərinin Şuşaya səfər etməməsinə gəincə o, hesab edir ki, Qərblə Rusiya arasında, Ermənistan mücadiləsi başlıca səbəb ola bilər! Artıq elə bir zaman və şərait yetişib ki, Ermənistana sahib olma, siyasi qütblər üçün Cənubi Qafqazda üstünlük əldə etmə deməkdir. Həlledici faktordur, Ermənistan Qərblə Rusiya arasında seçim etsin və Qafqaz məsələsi bitsin.

Hüquqşünas qeyd edir ki, Qərb və Rusiyanın Ermənistanı qıcıqlandırma addımları atmaması təbii ki, gözlənilən olmalıdır. Xüsusilə də, təzəcə məğlubiyyətə uğramış ermənilərin Şuşa ağrısı və hirs-qəzəbləri soyumamış Şuşaya səfər onları çətin vəziyyətə salardı. 

Beləliklə də, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşa səfərindən imtinası heç də, onların Azərbaycan əleyhinə birlik demarşından yox, əksinə, onların Ermənistanı ələ keçirmə rəqabətindən irəli gəlir. Bu dava, Ermənistan uğrunda yorğan davasıdır.

 

Teqlər