İyul 14, 2021 14:51 Asia/Baku
  • “Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasını qətiyyətlə qınayırıq”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan qüvvələrinin dövlət sərhədinin Naxçıvanın Sədərək rayonu istiqamətində Azərbaycanın mövqeləini atəşə tutması ilə bağlı məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, nazirlik bildirir ki, son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayır.

Qeyd olunur ki, Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Azərbaycan XİN sonda xəbərdarlıq edir ki, bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir.

 

Teqlər