Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur
https://azeri.sahartv.ir/news/azərbaycan-i379110-bakı_naxçıvan_bakı_istiqamətində_tranzit_keçidləri_bərpa_olunur
Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 16, 2021 06:59 Asia/Baku
  • Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur

Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumatına əsasən, xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.

Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.

Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.