İyul 20, 2021 12:13 Asia/Baku
  • Azərbaycanın naxçıvandakı mövqeləri dəfələrlə atəşə tutulub

Azərbaycan Respublikası ordusunun mövqeləri dünən gecə dəfələrlə atəşə məruz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu gün səhər verdiyi məlumata görə, İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Nəticədə Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanaraq tibb müəssisəsinə təxliyə olunub.

Məlumatda deyilir ki, cavab atəşi ilə qarşı tərəf  susdurulub və hazırda bu istiqamətdə vəziyyət sabitdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünə gecə də bir məlumat yayaraq İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan atəşə tutulduğunu Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığını bildirmişdi.

 

 

Teqlər