Ayətullahül-üzma Xameneinin nümayəndəsi
Ə.Ə Ocaqnejad Şuşa məscidində namaz qılmağı Allahdan diləyirmiş + VİDEO
İslam inqilabının aliməqamlı rəhbərinin nümayəndəsi Şuşa duasının qəbul olduğuna görə Allaha şükr edib.
SəhərAzəri-nin məlumatına əsasən,Sadətli Qurban bayramı namazı Bakıda Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allahşükür Paşazadə, islam inqilabının aliməqamlı rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətül-islam Əli Əkbər Ocaqnejad və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin iştirakı ilə qılınıb.
Höccətül-islam Əli Əkbər Ocaqnejad Namaz bitdikdən sonra müxbirlərə müsahibəsində özünün bayram namazlarındakı Allahdan üç diləyinin nə olduğunu açıqlayıb.
Şuşa məscidində Şeyx Allahşükür Paşazadənin imaməti ilə namaz qılmaq duasının qəbul olduğuna görə bu günkü bayram namazında iştirak edərək Allah taalaya şükr etdiyini söyləyən Ocaqnejad deyib: “Mən həmişə bayram namazlarında Allahdan istəmişdim ki, mənə üç camaat namazı nəsib eləsin, biri Şuşada qardaşım Hacı Allahşükür Paşazadə həzrətlərinin imaməti ilə, ki şükür Allaha o mənə nəsib oldu. Biri də inşaallah Qüds məscidində camaat namazı qılam Ayətullah Xameneinin imaməti ilə, biri də inşaallah Məscidül-həramda İmam zamanımız zühür eləsin onun imaməti ilə.”
Vəliyi-fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi bu günkü duasında isə Allah taaladan Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının tam azad edilməsi və işğalçıların mühakimə edilməsini dilədiyini bildirib:
“Amma yenə də arzum var Azərbaycan barəsində oda budur ki, mən Şuşanı görəndən sonra çox narahat idim buna ki, bu cür girib şəhəri uçurda və dağıdalar, zəbt edələr, 30 il orada yaşayalar, qoyub çıxıb gedələr və bununlada qurtaralar, belə olmaz. Mən Allahdan istəmişəm bütün işğal olunmuş torpaqları azad eləsin və işğalçıların hamısının mühakiməsi və məhkəməsini bizə göstərsin.”-deyə höccətül-islam Əli Əkbər Ocaqnejad deyib.