İyul 24, 2021 10:52 Asia/Baku
  • Kəlbəcər istiqamətində döyüşlər davam edib

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində dünən günün ikinci yarısından etibarən başlayan atışma hələ davam edib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan ordusunun bölmələri cavab atəşləri ilə Ermənistan ordusu susdurulub.

Xatırladaq ki,iİyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu həlak olub.

Müdafiə nazirliyi qeyd edib ki, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Bu gün verilən məlumata görə isə, hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.

Müdafiə Nazirliyindən bildirilib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Teqlər