İyul 24, 2021 12:11 Asia/Baku
  • Azərbaycan Ordusunda önəmli təyinat baş tutub

Prezident İlham Əliyev general-leytenant Kərim Vəliyevi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən, müharibə dövründə Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırılmasından sonra, BQR vəzifəsini məhz Kərim Vəliyev icra edirdi. Kərim Vəliyevin BQR vəzifəsinə gətiriləcəyi uzun zaman idi ki, iddia olunurdu.

O, İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra “Zəfər” ordeni, həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, ondan əvvəlki Baş Qərargah rəisi Nəcməddin Sadıqov İkinci Qarabağ Müharibəsinin başlanğıcında heç bir izahat verilmədən səssiz-sədasız vəzifədən kənarlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, buna müharibənin əvvəlində bir sıra hərbi uğursuzluqlar səbəb olub. Nəcməddin Sadıkov 1993-2020-ci illərdə Baş Qərargah rəisi postunda olub.

 

Teqlər