İyul 26, 2021 12:12 Asia/Baku
  • ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər

Ağ Evin Cənubi Qafqaz siyasətindən ilham alan ABŞ Konqresi Azərbaycana qarşı yeni düzəliş qəbul edə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, ermənipərəst konqresmen Frenk Pallone 2022-ci il maliyyə ili üçün xarici ölkələrə ayırlacaq yardımla bağlı qanuna düzəlişlər təklif edib.

Məlumatda deyilir ki, Azərbaycana qarşı yönəlmiş düzəliş Azərbaycana hərbi yardımın azaldılmasını, Ermənistana isə yardımın 3 milyon dollar artırılmasını nəzərdə tutur.

Nümayəndələr Palatasında düzəlişlə bağlı səsvermənin iyulun 28-də keçirilməsi ehtimal olunur.

Qeyd edək ki, aprel ayının sonlarında ABŞ Nümayəndələr Palatasının 65-dən çox üzvü Ermənistana yardımla bağlı Nümayəndələr Palatasının Xarici Ayırmaların Alt Komitəsinin sədri Barbara Liyə məktub göndərib.

Məktubda bu cümlələr yer almışdı: “Birləşmiş Ştatların, keçən ildə Artsax müharibəsi və nəticədə yaranan qeyri-müəyyənlikdən sarsılan Ermənistana kömək etmək üçün misilsiz fürsəti var. Ermənistana əhəmiyyətli iqtisadi yardımın göstərilməsi erməni xalqının daha etibarlı olmasına, bu ölkədə demokratiyanın gücləndirilməsinə və davamlı iqtisadi inkişafa töhfə verilməsinə, vətəndaş cəmiyyətinin sabitləşdirilməsinə, COVID-19 Pandemiyasına cavab verməyə kömək edəcək və Artsaxdakı davam edən humanitar böhranı maksimum dərəcədə azaldacaq"- deyə Konqresin Erməni komitəsinin həmsədrləri Frenk Pallone, Ceki Spier və Adam Şhif yazıb və əmin edib ki, "O sərmayə ABŞ-Ermənistan münasibətlərini gücləndirəcək, Ermənistanın bölgədəki demokratiyanın bərpasına və güclənməsinə kömək edəcək".

Məktubda Dağlıq Qarabağın erməni əhalisinə birbaşa maliyyə yardımı göstərmək, Ermənistana 100 milyon dollar təmin etmək və nəhayət Ermənistana və qondarma Dağlıq Qarabağ Respublikasına qarşı bütün hücumların dayandırılmasını təsdiq olunadək ABŞ-ın Azərbaycana verdiyi bütün təhlükəsizlik yardımlarını dayandırmaq tələb olnuur.

Teqlər