Avq 02, 2021 13:35 Asia/Baku
  • Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv edilib

Milli Məclisin İntizam Komissiyası Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib

SəhərAzəri-nin məlumatına əsasən, bu gün Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının iclası keçirilib.

iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

2015-ci ildən Milli Məclisin deputatı olan Eldəniz Səlimov iyulun 29-da gecə 12-dən sonra Xaçmaz şəhərində yerləşən qohumuna məxsus iaşə obyektində karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Sərxoş vəziyyətdə olan deputation polisi döydüyü və qeyri-rəsmi məlumatlara görə ölkə rəhbərlərinə qarşı söyüşlər söylədiyi deyilir.

Yüksək səviyyəli dövlət məmurları və deputatların karantin qaydalarını pozmaları barədə keçmişdə də bir neçə faktın üstü açılmışdı. Vaxtı ilə Przident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin pandemiyanın ən geniş yayıldığı və karantin rejiminin ən sərt tətbiqi zamanında öz oğluna təntənəli toy tutması və həmin toyda vəzifəli adamlar o sıradan hakim partiyanın parlamentdəki məşhur deputatlarının iştirakı ölkədə geniş reaksiyalara səbəb olmuşdu.

 

 

Teqlər