Azərbaycan Ordusunun mövqeləri atəşə tutub
https://azeri.sahartv.ir/news/azərbaycan-i379819-azərbaycan_ordusunun_mövqeləri_atəşə_tutub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən axşam və gecə saatlarında Azərbaycan ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2021 09:18 Asia/Baku
  •  Azərbaycan Ordusunun mövqeləri atəşə tutub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən axşam və gecə saatlarında Azərbaycan ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib.

SəhərAzəri-nin bildirdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirilyinin rəsmi veb səhifəsində verilən Məlumatda deyilir: Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığı bildirilir.