Avq 07, 2021 19:59 Asia/Baku
  • Sevinc Osmanqızı Azərbaycanda

ABŞ-da yaşayan Azərbaycanın müxalifətçilərindən biri İsrail rejiminin NSO şirkətinə məxsus casus proqramı vasitəsilə Azərbaycan Respublikası rəsmilərinin mobil telefonlarının dinlənilməsi qarşısındakı susqunluğu qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda müxalifətdə olan "Osmanqızı TV" nin rəhbəri Sevinc Osmanqızı İsrailin casus proqramı vasitəsilə Azərbaycanın bir sıra rəsmilərinin telefonlarının dinlənilməsinə reaksiyada deyib: "Azərbaycan Respublikasında bununla bağlı heç bir etiraz yoxdur və hətta bəzi jurnalistlər və siyasi fəallar bu casus proqramından istifadəni normal göstərməyə və onu əsaslandırmağa çalışırlar".

Bu yaxınlarda Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Aparan Araşdırmaçı Jurnalistlər Mərkəzi bildirib ki, İsrailin rejiminin "Pegasus" casus proqramından Azərbaycan prezidentinin həyat yoldaşı və birinci vitse-prezidenti Mehraban Əliyevanın, habelə bu ölkənin mindən çox jurnalisti və yüksək vəzifəli rəsmilərinin telefonlarının izlənilməsi üçün istifadə edilib.  

Məlumata əsasən, Pegasus casus proqramı, sözügedən şəxslərə nəzarət etmək üçün Azərbaycan Prezidentinin Mühafizəsi Xidmətinin rəhbəri general Bəylər Eyyubovun rəhbərlik etdiyi "Dövlət Təhlükəsizliyi Xidmətinin" gizli xidməti tərəfindən istifadə edilib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin İsrail rejiminin casusluq təşkilatı Mossad tərəfindən izlənilməsinə dair sübutlar yayılmışdı. 

İsrail rejimi şirkətinin son casusluqlarının ifşa edilməsindən sonra Azərbaycan ictimaiyyətində sionist düşmənin niyyəti və hərəkətləri ilə bağlı narahatlıqlar artıb.

Teqlər