Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi
Qazax sərhədində bir sıra kəndlərin dəyişdirilməsinə hazırlıq gedir
Ermənistanın hakim partiyası Azərbaycanla ərazi mübadiləsindən danışıb. Ermənilər 7 kəndin müqabilində Başkəndi geri almaq istəyirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində Rusiya sərhədçiləri yerləşdirilir. Bbunla əlaqədar Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində Rusiya sərhədçilərinin görünməsi barədə xəbər sosial şəbəkələrdə yayılmaqdadır.
Məlumatda qeyd olunur ki, Ermənistanın Müdafiə Nazirliyi avqustun 5-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan bu bölgədə, xüsusilə də Əskipara kəndi ərazisində Rusiya sərhədçilərinin yerləşdirilməsi barədə məlumat yayıbdır. İndi Ermənistanda bir çox ekspertlər belə düşünür ki, rusların məhz Əskiparada yerləşməsi Qazaxın işğal altında olan 7 kəndinin geri qaytarılmasına hazırlıqdır.
Bu arada parlamentdə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Vahe Qalumyan da Qazaxdakı kəndlərin qaytarılacağına eyham vurub. O deyib: “Tavuşda Azərbaycan kəndləri var. İstisna etmirəm ki, onlar dəyişdiriləcək”.