Axar.az-dan bayraq barədə uydurmalara cavab
Axar.az xəbər portalı “Rəisi Səhibə Qafarovaya hörmətsizlik etdi? “ başlıqlı yazıda bu mövzunun gündəmə gətirilməsinin əsassız olduğunu fotofaktlarla açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Axar.az yazır: İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün 73 ölkədən 115 rəsmi şəxs gəlmişdi. Onlardan 10-u dövlət başçısı, 20-si parlament sədri, 11-i xarici işlər naziri idi.
İbrahim Rəisinin onların əksəriyyəti ilə görüşü oldu.
Məsələn: Qırğızıstan Milli Məclisinin sədri Talant Mamıtov, Belarus parlamentinin sədri Vladimir Andriçenko, Niger parlamentinin aşağı palatasının sədri Sini Amaro, Özbəkistan parlamentinin aşağı palatasının sədri Nurdincan İsmayılov, Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtair Zakirzadə, Rusiya Dumasının sədri Vyaçeslav Volodin və s. spikerlərlə görüşmüşdü İbrahim Rəisi.
Bu görüşlərdən fotolar göstərir ki, İran bayrağından başqa o görüşlərdə heç bir bayraq yoxdur.
Rəisinin Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman əs-Sani ilə görüşündə də İran bayrağından başqa bayraq yoxdur.
Rəisinin Amerika Bolivarçılarının baş katibi ilə görüşündə də digər bayraq yoxdur.
Rəisinin yalnız İraq lideri Bərham Salehi, Əfqanıstan rəhbəri Əşrəf Qəni, Ermənistan baş naziri Nikol Paşinyan və s. kimi ölkəsinin birinci şəxsi sayılanlarla görüşündə digər ölkənin də bayrağı asılmışdı.
Axar.az yazır: Azərbaycan bayrağı olmadığı üçün İranın Azərbaycana sayğısızlıq etdiyini düşünənlər onda Rusiya Dövlət Dumasının rəhbəri Volodinin Rəisi ilə görüşündə Rusiya bayrağının olmadığına da diqqət çəkməlidirlər. Beləliklə, İbrahim Rəisinin Sahibə Qafarova ilə görüşündə Azərbaycan bayrağının asılmaması doğrudan da İranın protokol qaydasıdır.
Axar.az xatırladır ki, Rəisi Ermənistan baş naziri ilə görüşdə bircə dəfə də olsun Qarabağın adını çəkmədi, siyasi bəyanat vermədi, yalnız iqtisadi layihələr müzakirə edildi.
Sahibə Qafarova ilə görüşdə isə İbrahim Rəisi sözünə başlayan kimi Azərbaycanı Qarabağda qələbə münasibəti ilə bir daha təbrik etdi.
İbrahim Rəisinin prezident kimi and içdiyi ilk gündə Azərbaycana münasibəti və mesajı bizi qane edir. qaşınmayan yerdən qan çıxartmayın!