Avq 11, 2021 13:10 Asia/Baku
  • Hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı son vaxtlar Azərbaycan Respublikasında məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma hallarının artmasını təbii hal hesab edərək bunun məhdudiyyətlərin sərtləşdirilməsinə səbəb olmamasını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,ÜST rəsmisi Hande Harmancı deyib: “Epidemioloji vəziyyətlə əlaqədar bir az arxayınlıq yaranmağa başlaması və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu.”

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri yumşalmaların artması ilə yoluxma saylarının artdığını xatırladıb ancaq eyni zamanda bildirib ki,  hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz.

Hande Harmancı sonra deyib:  Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir".

 

 

 

Teqlər