Rusiya-Azərbaycan münasibətlərində kritik anlar
Jirinovski İsfəndiyar Vahabzadədən inciyib
Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirən Vladimir Jirinovskinin azərbaycanlı siyasətçi tərəfindən təhqir edilməsi qalmaqal yaradıb.
SəhərAzəri-nin məlumatına əsasən, azərbaycanlı diplomat İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokrat Partiyasının sədrini "donuz və eşşək" adlandırması onun barəsində cinayət işinin başlanmasına gətirib çıxara bilər. .
Partiya sədri Vladimir Jirinovski deyib: "Biz cinayət işinin açılması tələbilə Azərbaycan Respublikasının prezidentinə sərt məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Orta əsrlərə aiddir."
Qeyd edək ki, bu yaxınlarda Jirinovski növbəti dəfə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqiramiz bəyanatlar səsləndirib.
Rusiyalı siyasətçi “Komsomolskaya Pravda” radiosuna müsahibəsində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gəginliklərin təhlili zamanı Rusiyanın artıq Rusiya imperiyasını və Sovet İttifaqını bərpa etməli olduğunu vurğulayıb. "Cənubi Qafqaz bizim təsir dayirəmizdədir" deyən Jirinovski Azərbaycan Respublikası iqtidarını diktatorluqda günahlandırıb. O ABŞ prezidenti Co Baydenin istəsə İlham Əliyevi iki həftə ərzində devirə biləcəyini iddia edib və belə bir durumda sadəcə Rusiyanın Azərbaycan prezidentini xilas edə biləcəyini xatırladıb.
Bundan sonra Rusiyanın diplomatik missiyasının rəhbəri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.