Avq 13, 2021 12:58 Asia/Baku
  • Atəşkəs pozulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Laçın,Füzuli, Şuşa və Xocalı rayonunlarında yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir: Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə nazirliyi xatırladır ki, deyilən istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananın olmadığı bildirilir.

 

Teqlər