Azərbaycan Respublikası ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün və dünən axşam müxtəlif istiqamətlərdən Azərbaycan Respublikası ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən,MN-nin məlumatında deyilir: Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Azərbaycanın Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri isə avqustun 14-ü saat 19:08-dən 19:17-dək qarşı tərəfin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqeləri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin başqa bir məlumatında isə bildirilir ki, avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan ordusunun Şuşa şəhəri ətrafındakı bölmələrinə qarşı atəş açılıb. Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər.
MN-nin məlumatında bildirilir ki, Azərbaycan tərəfi bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.
Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.- deyilir.