Avq 18, 2021 16:28 Asia/Baku
  • Azərbaycan Respublikasında Tasua gecəsi əzadarlığı

Azərbaycan Respublikasının paytaxtı Bakıda və bu ölkənin digər şəhərlərində Hüseyn(ə) Tasuası gecəsi əzadarlığı mərasimləri keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu mərasimlərdə Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) vurğunları və xalqın müxtəlif təbəqələri iştirak ediblər.

Hüseyn(ə) Tasuası gecəsində «Ləbbeyk, ya, Hüseyn(ə)!» və «Ləbbeyk, ya Əbəlfəzl(ə) sədaları Azərbaycan Respublikasının məscidləri və dini məkanlarında göylərə ucalıb.

Həmçinin Bakıda yaşayan iranlıların hüseyniyyəsində Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Əli Əkbər Ocaqnejadın iştirakı ilə Tasua gecəsi əzadarlığı mərasimi keçirilib.

Teqlər