Avq 19, 2021 13:25 Asia/Baku
  • Azərbaycan R-da şiələr Hüseyn Aşurasını əzadarlıq ediblər

Azərbaycan Respublikasının paytaxtı Bakıda şəhidlər ağası və sərkərdəsi Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) vurğunlarının iştirakı ilə Hüseyn(ə) Aşurasının əzadarlıq mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn əzadarları məscidlərdə olaraq, Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin şəhadətlərinin dərin kədərində sinə vuraraq, matəm göz yaşları axıdıblar.

Bakıda yaşayan iranlıların hüseyniyyəsində möminlər, Kərbəla bayraqdarının xatirəsinə sinə vurublar və Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Əli Əkbər Ocaqnejad Həzrət Əbülfəzl Əl-Abbas(ə)-ın vilayət qəbul etməsi və əhdinə vəfasının vəsfində çıxış edib.

Məlumatda qeyd olunur ki, Azərbaycanda Aşura günündə böyük əksəriyyət İmam Hüseynin təziyəsilə bağlı hüznü yaşayır və bacardığı qədər onu yaşatmağa çalışır. Aşurada qapılardan küçələrə açılan kiçik ehsan süfrələri buna bir nümunədir.

Bu gündə insanlar Aşuranı evlərində də yaşatmağa çalışırlar. Onlardan bəziləri evlərinin küçəyə açılan qapılarını İmam ehsanı ilə müzəyyən edirlər.

Teqlər