Avq 29, 2021 12:27 Asia/Baku
  • Azərbaycan Respublikasını hiddətləndirən bəyanat  +VİDEO

Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Ermənistan XİN başçısı Ararat Mirzoyana bu vəzifəyə təyin edilməsi məqsədilə göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına toxunulub.

SəhərAzəri-nin verdiyi məlumata görə,Borrel öz məktubunda qeyd edib ki, Ermənistan Avropa İttifaqının mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, 2018-ci ildən etibarən Yerevan və Brüssel arasında münasibətlər xeyli fəallaşıb, 1 mart 2021-ci il tarixində Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişin qüvvəyə minməsi isə yeni müsbət mərhələ oldu.

"Bu sazişin həyata keçirilməsi bizim ikitərəfli münasibətlərimizdə əsas məqamdır və biz qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən demokratiyanın möhkəmləndirilməsinə, qanunun və insan hüquqlarının aliliyinə, iş yerlərinin açılmasına və biznes qurulmasına, ətraf mühitin, təhsilin vəziyyətinin və elmi araşdırmalar üçün imkanların yaxşılaşdırılmasına yönəlmiş məsələlərdə əməkdaşlığı davam etdirməyə hazırıq", deyə Avropalı məmurun məktubunda bildirilir.

O, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli nizamlanmasına şərait yaratmağa, münaqişəsonrası bərpaya və iki tərəf arasında etimad mühitinin yaranmasına yönəlmiş tədbirlərə yardım etməyə hazır olduğunu təsdiq edib.

"Bu kontekstdə biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməyə davam edirik. Sərhədlərin delimitasiyası məsələsində kömək etməyə hazırıq", deyə məktubda qeyd edilir.

 Xatırladaq ki, Minsk qrupunun həmsədrləri olan Fransa və Amerikanın Eləcə də Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini vurğulamaları Azərbaycan Respublikasında bu qrupa və qərb dövlət və qurumlarına etimadı daha da sarsıdır. Rəsmi Bakı Dağlıq Qarabağ adlı bir vahidin və Dağlıq Qarabağ Münaqişəsinin artıq mövcud olmadığını vurğulayır və məhsz buna görə də Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığını bildirir.

 

Teqlər