Sen 04, 2021 14:04 Asia/Baku
  • Rusiyanın rəsmi qurumu “Dağlıq Qarabağ Respublikası”nı tanıyır

Rusiya Dövlət Satınalmaları Vahid İnformasiya Saytında iki həftədir yerləşdirdiyi elanda “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə edərək Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan əraziərində əməkdaşlığa çağırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Elanda deyilir:  “Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.

Xidmətin sifarişçisi  Rusiya Federasiyasının Müdafiə Nazirliyidir və sifariş avqustun 13-də yerləşdirilib.

Üç həftə keçməsinə baxmayaraq, Azərbaycan XİN və Moskvadakı səfirlikdən heç bir reaksiya müşahidə olunmamışdır.

Elanda səhvə yol verilibsə, onu düzəltməyən Rusiya Müdafiə Nazirliyinin mövqeyi də aydın deyil.

Media və social şəbəkələrdə ciddi müzakirə olunan bu mövzu barədə belə bir fikir səsləndirilir ki, bu, Rusiya hərbi idarəsinin şüurlu və ya şüursuz addımıdırsa, Bakı ən yüksək səviyyədə izahat tələb etməlidir.

Teqlər