Sen 08, 2021 17:06 Asia/Baku
  •   “Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar.”

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar.

SəhərAzəri-nin verdiyi məlumata görə,İlham Əliyev ənənəvi dəyərlərin istər məktəblərdə istərsə də ailələrdə əsas sütun olduğunu bildirib gənc nəsilin bu ruhda tərbiyə almalı olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev həmçinin milli-mənəvi dəyərlərin xarici təhdidlərə qarşı da önəmli rolunu xatırladıb:  

“Bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır.

İlham Əliyev gənc nəsilin şəhidləri nümunə götürməli olduqlarını vurğulayaraq deyib: Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar.

Teqlər