Sen 11, 2021 12:52 Asia/Baku
  • Bu il Azərbaycanda 322 nəfər intihar edib

Azərbaycan Respublikasında cari ildə 300-dən çox intihar hadisəsi baş verib.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla, 322 nəfər intihar edib.

İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında Qarabağ müharibəsinin ağır sınağından çıxan bəzi əsgərlərin və qazilərin də döyüşlər zamanı aldıqları psixoloji travmalardan həyatlarına qəsd etdikləri barədə vaxtaşırı məlumat yayılır. 

Ədalət portalı bu yaxınlarda xəbər vermişdi ki, müharibədən sonra həyatına qəsd etmiş qazilərin sayı getdikcə artır. Həmin bu məsələ cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Xüsusilə də ona görə ki, intihar edənlər təkcə sıravi əsgərlər deyil. İyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Orxan Əhmədov odlu silahdan atəş açmaqla özünü öldürüb.

Teqlər