ABŞ-dan status çağırışı
Azərbaycan Respublikası XİN-indən sərt cavab +VİDEO
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın İrəvandakı səfirinin status çağırışına cavab verib.
SəhərAzəri-nin verdiyi məlumata görə,ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” söyləyib.
Azərbaycan Respublikası XİN sözçüsü Leyla Abdullayeva ABŞ səfirinin bu açıqlamasınıqəbuledilməz adlandırıb.
L.Abdullayeva deyib: Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.
Azərbaycan Respublikası XİN rəsmisi ABŞ-I regionda vəziyyəti gərginləşdirməkdə ittiham edərək deyib: 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır.
L.Abdullayeva ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətinin hələ bəlli olmadığı bir şəraitdə həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsinin, Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirəcəyini də vurğulayıb.
ABŞ-n Ermənistandakı səfiri Linn Treysi erməni əsirlər mövzusuna toxunaraq, Amerika tərəfinin insan haqlarına riayət etmək üçün səy göstərməyə hazır olduğunu bildirib.
ABŞ-n Ermənistandakı səfiri Linn Treysi İrəvanda jurnalistlərə deyib ki, "Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır".
Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib.
"Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Bu məsələ hələ də həll olunmayacaq" - səfir deyib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi öncə də Ermənistan ictimai telekanalının Lurer xəbər proqramına verdiyi müsahibədə bunları deyib:
“Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə tənzimlənməyib, beləki Dağlıq Qarabağın statusu hələ də müəyyən olunmayıb”.
ABŞ-ın İrəvandakı səfiri ABŞ-ın Minsk qrupunun həmsədri kimi həyata keçirəcəyi təşəbbüslərdən də danışıb: “Biz Minsk qrupunun həmsədri qismində işləyərək vəziyyətin eskalasiyasını azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, həllini tapmamış məsələlərə, müharibədən sonrakı vəziyyətə baxmaq və qalan məsələlərinin yekun həllinə nail olmaq mümkün olsun”,- deyə Linn Treysi bildirib.