Sen 22, 2021 14:56 Asia/Baku
  • QAT: ABŞ hökuməti, səfirin ipini çəkməlidir!

Qarabağ Azadlıq Təşkilatı (QAT) bəyanat yayaraq, ABŞ-ın Ermənistandakı səfirini kəskin şəlikdə tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi yorulmadan Azərbaycana qarşı açıqlamalar verir, əsassız iddialarla çıxış edir. Gözlədik ki, bəlkə rəsmi Vaşinqton onun ipini yığar , diplomata yaraşmayan hərəkətlərindən çəkindirər. Amma uyğun reaksiyanı görmədik. Ona görə də belə təsəvvür yaranır ki , Vaşinqton özü səfirin bu cür açıqlamalarında maraqlıdır. Əgər bu, ABŞ-ın rəsmi siyasətidirsə, onda biz də öz nəticələrimizi çıxarmalı, bu ölkə ilə münasibətlərimizə yenidən baxmalıyıq.

 Bəyanatda sonra qeyd olunur: Biz 30 il ABŞ və digər həmsədr ölkələrin ədalətsiz mövqeyinə dözmüşük. Bu dövr ərzində ABŞ hökumətindən bir dəfə də olsun obyektiv yanaşma görməmişik. ABŞ heç vaxt münaqişənin ədalətli həllinə çalışmamış, ermənilərin istəklərinin yerinə yetirilməsi üçün vaxtı , mənasız danışıqları uzatmağa cəhd etmişdır. İndiki şəraitdə ABŞ bir iş görmək istəyirsə yeni reallığa uyğun addım atmalı , regionda davamlı sülhün bərqərar olmasına kömklik göstərməlidir. Bunun üçün isə ilk növbədə Treysi adında erməni quyruğunu yığışdırmalı, ipini çəkməlidir. Ondan sonra isə Azərbaycanla, Qarabağla bağlı siyasətini kökündən dəyişdirməlidir. Əks halda, Azərbaycan ABŞ-la münasibətlərinə yenidən baxmalı, Minsk Qrupu adında eybəcər qurumun bütün xidmətlərindən imtina etməlidir.

Teqlər