Sen 23, 2021 14:11 Asia/Baku
  • Bakının razılığını əldə etmək istəyirlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakını nizamlanma danışıqlarını bərpa etməyə razılaşdırmaq istəyirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib: "Deməzdim ki, ATƏT-in Minsk Qrupu boş dayanır. Əlaqələr davam etdirilir, bəlkə o qədər də açıq şəkildə deyil, amma yenə də davam etdirilir. Və bizim Minsk Qrupu həmsədrimiz Bakıya və İrəvana səfər edib, orada bir sıra görüşlər, o cümlədən yüksək səviyyədə görüşlər keçirib."

Rusiyalı rəsmi sonra qeyd edib: "Hazırda həmsədrlər üçlüyü Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşlər planlaşdırır: bir-biri ilə görüşlər və Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşlər. Bu, baş tutarsa, iki ölkə arasında normallaşma prosesinin praktiki şəkil aldığının yaxşı əlaməti olardı. Biz Minsk Qrupunu sülh prosesi yolunda irəliləməyin mühüm aləti kimi dəyərləndiririk". 

Teqlər