Sen 29, 2021 11:12 Asia/Baku
  • Həmsədrlərin Xankəndinə səfərə hazırlaşması Bakıda hiddət doğurdu

ABŞ Qarabağ siyasətini dəyişmir. Birləşmiş Ştatlar hökuməti ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa ilə əməkdaşlığı davam etdirmək vədini bir daha təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hogan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Slote sentyabrın 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT -in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüblər.

Amerikalı rəsmilər bu görüşdə deyiblər ki, Amerika Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həll olunmamış problemləri həll etməyə kömək etməyə hazırdır.  Bura  Qarabağ münaqişəsinin həll olunması, İtkin düşənlər və minalardan təmizləmə daxildir.

Qeyd olunub ki, yalnız həll edilməmiş bütün problemləri həll edən hərtərəfli həll iki ölkə arasındakı münasibətləri normallaşdıra bilər və xalqların bölgədə birlikdə sülh içində yaşamasına imkan verə bilər.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, Hogan və Slote həmsədrlərin səylərini və Ermənistan və Azərbaycanın dialoq yolu ilə sülh prosesini bərpa etmək qərarını alqışlayıblar.

Başqa bir məlumata görə isə, Nyu-Yorkda keçirilən görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ regionuna işgüzar səfərlərin bərpasını Bakı və İrəvanla razılaşdırıblar. Deyildiyinə görə, Xankəndidə də ayrıca görüş planlaşdırılır.

Bu açıqlamada separatçı rejimin nəzarət etdiyi əraziyə həmsədrlərin səfərinin planlaşdırılması Azərbaycan tərəfində daha böyük narahatçılıq yaradıbdır.

Azərbaycan müharibə bitəndən ən yüksək səviyyədə elan edib ki, Dağlıq Qarabağ adında bir subyekt yoxdur. Ona görə də həmsədrlərin Bakıdan icazəsiz Xankəndinə səfərə can atmaları Azərbaycan Respublikasının milli hakimiyyətinə meydan oxumaqdan başqa bir şey deyildir. Başqa sözlə həmsədr dövlətlərin heç biri rəsmi Bakının Qarabağ münaqişəsinin bitdiyini elan etməsi ilə barışmadıqlarını nümayiş etdirmək istəyirlər. 

Azərbaycandakı ekspertlər bununla bağlı deyirlər ki, belə bir səfərin təşkil olunması Qarabağ separatçılarına qol-qanad vermək deməkdir, onlar status məsələsinin baş tutacağına əmin olacaqlar, inanacaqlar ki, artıq həmsədrlər status məsələsini həll edəcəklər.

Xatırladaq ki, status məsələsinin həll olunmadığını və onun açıq qaldığını həmsədr dövlətlər artıq Azərbaycanın diqqətinə çatdırıblar.

Teqlər