Sen 29, 2021 11:47 Asia/Baku
  • Bakı Talibanla diplomatik münasibətlər qurmalıdır

Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli Talibanı Əfqanıstanın legitim iqtidarı adlandırıb, Azərbaycanın onunla diplomatik münasibətlər qurmasını tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən ,politoloq öz Facebook səhifəsində bu barədə yazıb: “Çox güman ki yaxın zamanlarda dost və qardaş Əfqanistanın leqitim iqtidarı Taliban hərəkatı ilə rəsmi Bakı da diplomatik münasibətlər quracaq.

Taliban liderinin əslən azərbaycanlı olduğunu iddia edən partiya funksioneri qeyd edib ki, müasir Talibanın xarizmatik lideri molla Ömər həyatını dəyişəndən sonra bu hərəkatın başına bəzi iddialara görə əslən Azərbaycandan olan molla Axundzadə gəldi.

Politoloqun qənaətincə, Taliban Həəkatı hazırda çox təzadlı, amma real gücə və hörmətə layiq olan bir siyasi gücdür. Və bu hərəkatın Türkiyədən sonra Azərbaycan üçün ən yaxın dövlət sayılan Pakistanla çox yaxın əlaqələri var.

Əhəd Məmmədli Talibanla əlaqə qurmağ üçün onların Azərbaycan və Türkiyəyə olan loyal münasibətlərini yada salıb. “Unutmayaq ki, Əfqanıstan-ABŞ müharibəsində Taliban tərəfindən yalnız Türkiyə və Azərbaycan hərbiçiləri tərəfinə bir qüllə belə atılmamışdır.

Teqlər