İran səfirliyinə qarşı hörmətsizlik edənlər cərimələniblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i381683-İran_səfirliyinə_qarşı_hörmətsizlik_edənlər_cərimələniblər
İran İslam Respublikasının Bakıdakı səfirliyi binası qarşısında aksiyaya görə Milliyyətçi Gənclər Təşkilatının Ali Şurasının dörd üzvü dünən Bakının bir sıra polis idarələrinə çağırılaraq cərimələniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2021 11:35 Asia/Baku
  • İran səfirliyinə qarşı hörmətsizlik edənlər cərimələniblər

İran İslam Respublikasının Bakıdakı səfirliyi binası qarşısında aksiyaya görə Milliyyətçi Gənclər Təşkilatının Ali Şurasının dörd üzvü dünən Bakının bir sıra polis idarələrinə çağırılaraq cərimələniblər.

SəhərAzəri-nin bildirdiyinə görə,bu barədə həmin təşkilatdan verilən  məlumatda bildirilir ki, sentyabrın 30-da İranın Bakıdakı səfirliyi önündə etiraz aksiyası keçirənlər 100 manat cərimə ediliblər.

Həmçinin həmin gün gecə saatlarında İranın Bakıdakı səfirliyi binası önündə hörmətsiz hərəkətə əl atanlar da eyni məbləğdə cərimələniblər. Bu barədə məlumatı isə həmin hərəkətin iştirakçılarından olan Müşfiq Vəliyev mediaya açıqlamasında deyib.

"Bu gün bölməyə çağrıldıq, bizimlə müvafiq söhbətlər aparıldı, protokol tətbiq olunduqdan sonra 100 AZN cərimə edilərək sərbəst buraxıldıq. Biz xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 510-cu maddəyə uyğun olaraq cərimələndik",- deyə Müşfiq Vəliyev bildirib.