Azərbaycan hakimiyyəti anti-İran hərəkətlərini sərtləşdirir
Höccətülislam Ocaqnejadın Bakıdakı ofisi bağlandı
Azərbaycan prezidenti İlham Əliyevin İranla bağlı səsləndirdiyi neqativ fikirlərinin ardınca Höccətülislam Ocaqnejadın Bakıdakı ofisi və İranlılar Hüseyniyyəsi bağlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verir ki, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.
Hakimiyyət bunu COVİD-19 xəstəliyi ilə bağlı profilaktik tədbir adlandırsa da, müstəqil müşahidəçilər Hüseyniyyənin başlanmasını sifarişli qərar adlandırırlar.
Son günlər sosial şəbəkədə məlum ünsürlər və iki qonşu dövlətin düşmənləri öz paylaşımlarında iranlılara aid sözü gedən dini ibadət məkanına və Ocaqnejada qarşı qara-piar kampaniyasına başlamışlar.