AXCP sədrinin mühafizəçisinə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Niyamməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
SəhərAzəri-nin məlumatına əsasən,hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Niyamməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə yayılan rəylərə əsasən AXCP sədrinin mühafizəçisinə qarşı terrorçuluğu maliyyələşdirmə ittihamı ilə hökm çıxarılması, Əli Kərimliyə mesaj xarakteri daşıyır.
Sosial şəbəkə istifadəçilərinə görə, artıq 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni vəziyyətdə iqtidar, yeganə müxalifət olan AXCP-ni də siyasi səhnədən silmək niyyətindədir ancaq qərb dövlətləri və qurumlarının reaksiyalarından ehtiyatlanaraq hələlik partiya sədrinə mesaj verməklə kifayətlənir.