Mariya Zaxarova tərəfindən
Ağdərə bölgəsi “Mardakert rayonu” olaraq təqdim edilib
Okt 14, 2021 13:38 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Azərbaycanı ittiham edən ifadələr səsləndirib.
SəhərAzəri-nin Axar.az-a istinadla verdiyi məlumata görə, Zaxarova Azərbaycanı Qarabağda erməni dinc sakinin ölümündə günahkar bilib. O, insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan baş qərargahları ilə fasiləsiz qarşılıqlı əlaqədə olduğunu söyləyib.
Azərbaycanı ittiham etməklə bərabər Zaxarova Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Respublikası ordusunun atəşi nəticəsində Ağdərə istiqamətində traktor sürücüsünün ölməsi barədə məlumatı rəsmən təkzib etmişdir.