Okt 17, 2021 12:27 Asia/Baku
  • Tükürpədici faktlar üzə çıxır

Anonymous haker qrupunun açıqladığı məlumatlar Azərbaycan rəhbərliyinin terror təşkilatları ilə silah ticarəti apardığını üzə çıxarıb.

SəhərAzəri-nin məlumatına əsasən, 2017 -ci ildə Azərbaycan Respublikasının Bolqarıstan səfirliyinə kiber hücum həyata keçirən Anonymous haker qrupunun açıqladığı məlumatlar, hökumətin gizli və diplomatik uçuşlar adı altında Suriyadakı terror qruplarına silah göndərməsi faktlarını ortaya çıxarmışdır.

Aşkar edilən dəlillərə Bolqarıstan Xarici İşlər Nazirliyi ilə Azərbaycanın Sofiyadakı səfirliyi arasındakı yazışmalar, bu silahları gətirmək üçün diplomatik icazələr və silah sövdələşmələri daxildir.

Yayılan məlumatlara görə, Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı və Birləşmi Ərəb Əmirliklərinin sifariş etdiyi ağır silahları Silk Way Hava Yolları vasitəsi ilə İraq və Suriyadakı silahlı terror qruplaşmalarına, ilk növbədə İŞİD-ə isə göndərib.

Teqlər