Okt 20, 2021 19:05 Asia/Baku
  • Ağ ölümə qarşı ciddi mübarizə aparılmır

Dövlət Departamenti bildirib ki, Azərbaycan dövləti narkotiklərdən istifadənin qarşısını almır.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında narkotiklərlə mübarizə üçün dövlət proqramı mövcud olsa da, reallıqda hansısa ciddi bir addım atılmır, hətta üstəlik narkotiklərlə mübarizə apan vətəndaşlar şərlənərək həbs olunurlar. Bu ilin aiyl ayında Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun həbsi bunu bariz nümunəsidir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin hesabatında da hökumətin narkotiklərlə mübarizədə ciddi olmaması öz təsdiqini tapmışdır. 2009-2017-ci illəri əhatə edən hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotikdən istifadənin azaldılmasına dair dövlət proqramını həyata keçirsə də, bu sahədə, hələ ki, irəliləyiş qeydə alınmayıb.

Sənədə əsasən, Azərbaycanda narkotik istifadəsi və onun becərilməsi kiçik miqyasda müşahidə olunur və hökumət bu problem ciddiyə almır və onun tərəfindən narkotik vasitələrin istifadəsini yasaqlayan dövlət tədbirləri yetərsizdir.

Hesabatda qeyd olunur ki, hökumət narkotiklərin istifadəsini məhdudlaşdırmaq üçün narkomanların narkoloji tibb müəssisələrində müalicəsinə kömək etməlidir.  

Teqlər