Okt 21, 2021 11:19 Asia/Baku
  • Azərbaycan Respublikasında daha iki inanclı saxlanılıb.

Operativ.tv saxlanılan şəxslərin ailə üzvlərinə istinada ötən gün iki inanclının saxlanılmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, dünən saat 20.00 radələrində Səlimov Səbuhi Yunis oğlunun evinə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları axtarışa gəlib. Axtarışlardan sonra Səlimov Səbuhi ilə yanaşı Kürəkəni Məmmədrzayev Məmmədrza Firdovsi oğlu da DTX tərəfindən saxlanılıb.

Ailə üzvlərinin məlumatına görə 30-a yaxın maskalı əməliyyatçılar evdə axtarış aparmış, kompüter, telefonlar, kitablar da daxil bəzi əşyaları götürmüşlər.

Öncə də "Azərbaycanın din xadimləri" ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov saxlanılıblar.

Teqlər