Azərbaycanın Moskvadakı səfirliyi separatçıların səfərini əsaslandırıb
Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, qondarma dağlıq qarabağ respublikasının başçısı da daxil olmaqla bir qrup separatçının Rusiyaya səfəri barədə yayılan məlumatı təsdiq edib.
SəhərAzəri-nin APA-ya istinadla verdiyi məlumatına əsasən,səfirliyin bəyanatında Azərbaycan Respublikası ərazilərində rusiyalı sülhməramlıların himayəsi altında fəaliyyət göstərən erməni separatçılarının Rusiyaya səfəri barədə belə deyilir:
“Adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər.
Səfirliyin bəyanatında Qarabağ separatçılarının nümayəndə heyətinin Rusiyaya səfərdə erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşdükləri bildirilir.
Səfirliyin bəyanatında qondarma qarabağ respublikası başçılarının Azərbaycan Respublikası ərazisində öz fəaliyyətini davam etdirməsi və istənilən vaxt Ermənistan pasportu ilə və Laçın dəhlizindən keçərək İrəvan aeroportu vasitəsi ilə Rusiyaya və istənilən hərhnası qərb ölkəsinə səfərlərinin qeyri-qanuni olmasında heç bir işarə olunmadan bu kimi səfərlərin əsaslandırılmasına cəhd göstərilib: Belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır,”-deyə səfirliyin bəyanatında bildirilir.