AR XİN tərəfindən
ABŞ-ın erməni terrorçunu azad etməsi pislənildi
Okt 30, 2021 20:03 Asia/Baku
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü “ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsini pisləyib.
Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir”,- deyə XİN sözçüsü Leyla Abdullayeva bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,L. Abdullayeva deyib ki, Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.