Azərbaycan Respublikasında
Dövlət rüsumları artırıldı
Azərbaycan Respublikasında bir çox xidmət və mallar üzrə dövlət rüsumları artırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib. Bunun nəticəsində ölkədə bir çox xidmət və məhsullara dövlət rüsumları artırılıb.
Həmin dəyişikliklərə əsasən dərmanların qeydiyyatı rüsümü, alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə rüsüm, bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum, Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar, xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar, vətəndaşın şəxsi istifadə üçün ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı üçün rüsumlar, bəzi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə tətbiq edilən rüsumlar artırılıb.
Həmçinin idman mərc oyunları keçirəcək hüquqi şəxsin akkreditasiyası üçün 2000 manat rüsum tutulacağı qərara alınıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə görə, tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq.
"Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklərə əsasən həmçinin, dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qərarına görə, səlahiyyətli iqtisadi operator statusunun verilməsinə görə 100 manat rüsum tutulacaq.