Noy 05, 2021 13:04 Asia/Baku
  • “Ədaləti işğaldan azad etməliyik”

Deputat Fazil Mustafa bu gün Azərbaycan Respublikası Parlamentinin iclasında etdiyi çıxışında ölkədə korrupsiya və inhisarçılığa son qoyulmalı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,“Biz torpaqları işğaldan azad etdik, böyük zəfər qazandıq. İndi isə savaşdan sonrakı dövrün əvvəlkindən fərqini göstərə bilməsək insanlarımızı xoşbəxt görə bilməyəcəyik”, -deyə Fazil Mustafa bildirib.

Millət vəkili ölkədə ədalətin bərpasına çağıraraq deyib: “Torpağı işğaldan azad etdyimiz qətiyyətlə də ölkədə ədaləti işğaldan azad etməliyik.”

Fazil Mustafa ədalət məfhumunu belə açıqlayıb: “Ədalət” deyəndə yalnız məhkəmə ədalətindən söhbət getmir. Həyatımızın bütün sahələrində ədalətsizliyin ortadan qaldırılmasından söhbət gedir.

Fazil Mustafanın dediyinə görə,  Əhalinin rifahı yüksəlmədikcə, korrupsiyaya, inhisarçılığa, imtiyazçılığa son qoyulmadıqca, ədalətə inam da bərpa olunmayacaq.

Teqlər