Noy 08, 2021 12:16 Asia/Baku
  • Ermənistanla münasibətlər normallaşdırıla bilər

Bakı Ermənistanla münasibətlərin normallaşdırılmasının şərtlərini açıqladı.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə yaydığı bəyanatda deyilir: “Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.”

Azərbaycan XİN-in bəyanatında qeyd olunur ki, bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.

Teqlər