Şuşanın Yuxarı Gövhər Ağa məscidində “Şükür” namazı qılınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i382938-Şuşanın_yuxarı_gövhər_ağa_məscidində_Şükür_namazı_qılınıb
Zəfər Günündə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində “Şükür” namazı qılınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2021 09:09 Asia/Baku
  • Şuşanın Yuxarı Gövhər Ağa məscidində “Şükür” namazı qılınıb

Zəfər Günündə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində “Şükür” namazı qılınıb.

SəhərAzəri-nin məlumatına əsasən, namazdan sonra şəhidlərin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxunub.

Azərbaycanda mövcud olan rəvayətdə deyilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.