Noy 13, 2021 13:01 Asia/Baku
  • Şuşa olayı ilə bağlı rəsmi məlumat; 3 nəfər yaralanıb

Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi bir erməninin Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir: "Noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə “Mersedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan bir Ermənistan vətəndaşı, idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçuları istiqamətinə əl qumbarası atmışdır.

Bəyanatda deyilir ki, sözü gedən erməninin atdığı əl qumbarası üç azərbaycanlı hərbçiyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.

Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin Şüşada baş verən son olayla bağlı bəyanatında sonda deyilir: Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının nəzarətində olan ərazisində fəaliyyət göstərən separatçı rejimin “milli təhlükəsizlik xidməti” bir erməninin Azərbaycan hərbçilərinə qumbara atmasını  “Azərbaycan hərbçisinin provokativ hərəkətinə cavab kimi təqdim edib.

Teqlər