Noy 15, 2021 14:41 Asia/Baku
  • Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib

Dünən İranın cənubunda 6.4 bal gücündə baş verən zəlzələdə həlak olan və yaralananlarla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabında münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

 “İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik”.

Qeyd edək ki, ötən gün İranın cənubunda Hörmüzqan vilayətində biri-birinin ardınca baş vermiş 6,4 və 6,3 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb,  99 nəfər yaralanıb. Yaralılardan 88 nəfərinə ayaqüstü tibbi yardım göstərilib qalanları isə xəstəxanaya yerləşdirilib.

Teqlər